Qırğız Respublikasında ölüm hökmünün bərpasını nəzərdən keçirməyə sövq edən qətl və təcavüzdə şübhəli bilinən Kumarbek Abdırov Bişkekdəki istintaq təcridxanasında ölü tapılıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Dövlət Penitensiar Xidmətindən bildiriblər.
Cəsəd 7 fevral tarixində təxminən saat 12:40-da aşkar edilib. Hadisə yerinə istintaq qrupu, eləcə də Xüsusi Prokurorluğun əməkdaşları çağırılıb.
“Hazırda istintaqdan əvvəlki araşdırma və müvafiq müayinələr aparılır”, - deyə qurum nümayəndəsi bildirib.
Şübhəlinin İssık-Kul bölgəsində 17 yaşlı qızı qətlə yetirməsi Qırğızıstan cəmiyyətində geniş etirazlara səbəb olub. Bəziləri yetkinlik yaşına çatmayanlara qarşı xüsusilə qəddar cinayətlərə görə ölüm hökmünün bərpasını tələb ediblər. Prezident Sadır Japarov da bu ideyanı dəstəkləyib. Lakin Konstitusiya Məhkəməsi ölüm hökmünün bərpasının qeyri-mümkün olduğuna qərar verib.