EN

ABL: "Şəki" evdə üzüldü

Azərbaycan Basketbol Liqasının (ABL) 16-cı turunda "Abşeron Lions" səfərdə "Şəki" ilə üz-üzə gəlib.

Fanat.Az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində baş tutan görüş qonaqların 92:85 hesablı qələbəsi ilə başa çatıb.

Turun son oyunu Bakı İdman Sarayında "Neftçi" və "Sabah" arasında olacaq. Bu matç saat 18:00-da başlayacaq.

Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında "Sumqayıt" "Lənkəran"ı (102:77), "Quba" "Sərhədçi"ni (97:89), "Ordu" "Naxçıvan"ı (95:92) "Gəncə" NTD-ni (104:85) məğlub edib.

Chosen
3
2
fanat.az

3Sources