EN

Almaz Ələsgərli keçmiş həyat yoldaşından danışdı: Mənə deyirdi ki...

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Əməkdar artist, müğənni Almaz Ələsgərlinin ailəsi haqda fikirləri diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Kanal S” TV-nin efirində danışıb.

Müğənni keçmiş həyat yoldaşına aşiq olduğunu etiraf edib:

“Mənim balalarım sevgidən yoğrulub. Həyat yoldaşım məndən yaşca çox böyük olub, müdrik idi, amma sırf buna görə də sevgimiz tamamilə yox oldu. Çünki mən istəyəni o istəmirdi, o istəyənə isə mən əməl etmirdim. O, bir az ciddi idi, mən isə çox şıltaq idim, hamı ilə deyib-gülüb danışardım. O da mənə deyərdi ki, “yığışdır özünü”. Mən də əsəbiləşirdim, görürdüm ki, mənimlə tayım kimi danışmır”.

Əməkdar artist necə ayrıldığından da söz açıb:

“Heç özüm də necə olduğunu bilmədim. Əşyalarımı yığdım çıxdım getdim, vəssalam. Bu da bizim ayrılığımız. Barışmaq istəyirdi, amma artıq mən istəmədim”.

Qeyd edək ki, müğənni özündən 20 yaş böyük bəylə ailə qurub. Bu evlilikdən onların Mədinə və Əminə adlı iki qızı doğulub.

Günel Cəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
49
globalinfo.az

1Sources