EN

“Qarabağ” azarkeşləri “Neftçi” ilə matça buraxılmadı - Fotolar

Azərbaycan Əvəzedicilər Liqasının XV turu çərçivəsində keçirilən “Neftçi-2” - “Qarabağ-2” matçında maraqlı anlar yaşanıb.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Ağdam təmsilçisinin azarkeşləri “Palm Sports Arena”nın IV ehtiyat meydançasında təşkil olunan oyuna buraxılmayıblar.

Məlumata görə, bu, son dövrlərdə azarkeşlər arasında yaşanan gərginlik səbəbindən atılan addımdır. Belə ki, hər iki klubun rəhbərliyinin ortaq qərarına əsasən, azarkeşlər arasında xoşagəlməz hadisələrin qarşısını almaq məqsədilə müvəqqəti olaraq rəqibin fanat qruplarının stadiona buraxılmamasına dair razılıq əldə olunub.

Chosen
19
3
publika.az

4Sources