EN

Kadırovun oğlu üç həftədir yoxa çıxıb

ain.az, Axar.az saytına istinadən bildirir.

Çeçenistan liderinin oğlu Adam Kadırov 16 yanvarda baş verən avtomobil qəzasından sonra ardıcıl üçüncü dəfə cümə namazını buraxıb.

Axar.az xəbər verir ki, bu barədə “Niyso” çeçen müxalif kanalı məlumat yayıb.

Adam Kadırov uzun müddətdir ki, ictimaiyyətdən uzaqdadır. O, artıq Ramzan Kadırov və yaxın ətrafının da birlikdə olduğu cümə namazına da qatılmayıb. Bu müddət ərzində cümə namazlarına Ramzan Kadırovun böyük oğlu Əhməd qoşulub”, - kanal bildirib.

Məlumata görə, Adam Kadırovun yoxluğu artıq üç həftədir ki, davam edir:

"Bu, Adam Kadırovun iştirakı olmadan qılınan üçüncü cümə namazıdır. Oğlan yoxa çıxıb".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
4
axar.az

5Sources