EN

Azərbaycan millisi Özbəkistanda ikinci yoxlama matçını keçirib

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununu keçirib.

Bakıvaxtı.az AFFA-ya istinadən xəbər verir ki, millimiz Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 ilk yoxlama oyununda 3:2 hesablı qələbə qazanıb.

 

Chosen
12
8
bakivaxti.az

10Sources