EN

Vulverhempton un vingeri Braziliya klubuna transfer olunub

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Palmeyras" "Vulverhempton"un vingeri Con Ariası transfer edib. Sport24.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı kolumbiyalı futbolçu Braziliya klubu ilə 2029-cu ilin sonuna qədər müqavilə imzalayıb. "ge.globo"nun məlumatına görə, transfer haqqı 25 milyon avrodur və "Palmeyras" bu məbləği dörd il ərzində ödəyəcək.

Qeyd edək ki, Kolumbiya millisinin də formasını geyinən oyunçu ötən yay "Fluminense"dən 17 milyon avroya "Vulverhempton"a keçib. Arias Premyer Liqanın autsayderinin heyətində 26 oyunda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
31
sport24.az

1Sources