EN

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Masallı, 8 fevral, İlkin Adıyev, AZƏRTAC

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, saxlanılan 31 yaşlı Fərid Mirzəyevdən 9 kiloqram marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. F.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Chosen
21
25
azertag.az

10Sources