EN

Milanda polislə etirazçılar arasında toqquşmalar baş verib

İtaliyanın Milan şəhərində nümayişçilərin əsas kütləsindən ayrılan təxminən 100 nəfərlik qrup polisə daş və fişəng atmağa başlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cavab olaraq su şırnaqları və gözyaşardıcı qazdan istifadə ediblər.

Qeyd olunub ki, nümayişçılər bu yolla şəhərin Santa-Culiya hokkey arenasına aparan yolu bağlamağa çalışıblar.

AFP-nin məlumatına görə, bir neçə nəfər saxlanılıb.

Bu gün Milan və Kortinada minlərlə insan ekoloji və sosial-iqtisadi problemlər, o cümlədən mənzil qiymətlərinin yüksəkliyi və şəhər həyatının əlçatanlığı fonunda yarışların keçirilməsinə etiraz olaraq yürüş təşkil edib.
 
 
 

Chosen
4
8
7news.az

10Sources