EN

2-ci "Epşteyn" peyda oldu - VİDEO

Türkiyənin Kayseri şəhərində yaşayan Rifat Özdemir zahiri görkəminin qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynə bənzədilməsi səbəbilə narahatlıq keçirir.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu oxşarlıq ona gündəlik həyatda problemlər yaşadır.

Məlumata görə, 55 yaşlı Özdemir bildirib ki, ətrafdakı insanlar onu tanımadıqları halda belə soyuq və mənfi münasibət göstərirlər. O deyib ki, Epşteynə bənzədiyini ilk dəfə qardaşı oğlu söyləyib və həmin vaxt bu şəxsin kim olduğunu belə bilmirmiş. Sonradan sosial şəbəkələr və xəbərlər vasitəsilə Epşteynin kimliyi və qalmaqallı keçmişi ilə tanış olub.

"Belə bir adamla eyniləşdirilmək istəmirəm. Ola bilsin, zahiri oxşarlıq var, amma bu mənim üçün xoş vəziyyət deyil. Açığı, bu məsələdə bəxtim gətirməyib", - deyə Özdemir şikayətlənib.

Onun sözlərinə görə, diqqət mərkəzində qalmamaq üçün yaxın vaxtlarda saç düzümünü dəyişməyi, yaxud saqqal saxlamağı planlaşdırır.

Qeyd edək ki, Ceffri Epşteyn 2019-cu ildə ABŞ-də yetkinlik yaşına çatmayanların cinsi istismarı ittihamı ilə həbs olunmuş, həmin ilin iyulunda isə həbsxanada ölü tapılmışdı. Bu hadisə uzun müddət dünya ictimaiyyətində geniş müzakirələrə səbəb olmuşdu.

Chosen
19
3
bakivaxti.az

10Sources