EN

Bakıda mağazada yanğın oldu

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəpaytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində mağazada yanğınbaş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhalFHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlbolunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi15kv.m. olan şirniyyat mağazasında baş vermiş yanğın genişlənməsinəimkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mağazanın içərisində quraşdırılmış bir ədədkondisioner və 2p.m. mətbəx mebeli yanıb.

Mağazanın böyük hissəsi yanğından mühafizə olunub.

Chosen
11
19
az.trend.az

10Sources