EN

Yanvar ayında Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı 8 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-ci ilin yanvar ayında Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz artaraq, 8 milyon 480 min 7 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2026-ci ilin yanvar ayında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artaraq, 1 milyard 342 milyon 366 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 17 milyard 852 milyon 72 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq, 17 milyard 731 milyon 750 min dollara bərabər olub.

Chosen
23
25
turkic.world

10Sources