EN

Rəsul Quliyevin 46 il əvvəl çəkilmiş görüntüləri diqqət çəkdi VİDEO

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisin sabiq sədri Rəsul Quliyevin olduğu köhnə kadrlar diqqət çəkib.

Globalinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, o, ”Mozalan” satirik kinojurnalının hədəfi olub.

Belə ki, söhbət “Mozalan”ın 1980-ci ildə çəkilmiş 52-ci sayı, “Hava, od, su, torpaq” adlanan kadrlardan gedir.

Süjetlərin birində Bakıda 2 neftayırma zavodu üçün ayrılmış 10 hektar sahə haqda bəhs edilir. Həmin əraziyə daşınan qumbrin ayrılan sahədən artıq ərazini tutur, 80 hektar sahəni əhatə edir.

Kalinin adına tikinti materialları kombinatında istehsalat şöbəsinin baş mühəndisinin müavini Rəsul Quliyev “Mozalan”ın hədəfinə məhz bu mövzu ilə bağlı düşüb.

R.Quliyevin neft sahəsi il bağlı fəaliyyətinə dair xatırlatma: o,1965-ci ildə orta məktəbi bitirərək AzərbaycanNeft ve Kimya İnstitutuna daxil olub.

1970-ci ildə institutu neft kimyası və üzvi kimya mühəndisi (texnoloq-mühəndis) ixtisası üzrə bitirir. Həmin ildən Sumqayıt şəhərində kimya kombinatında işçi olaraq ilk əmək fəaliyyətinə başlayır.

1971-ci ilin aprelindən Bakı Neftayırma zavodunda işçi olaraq fəaliyyətini davam etdirir. 1972-ci ildə qurğu rəisi təyin edilir. 1974-cü ildə baş mühəndisin müavini, 1980-ci ildə baş mühəndis, 1981-ci ildə isə direktor vəzifəsinə yüksəlir.

Daha ətraflı videoda:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
4
globalinfo.az

5Sources