EN

Rusiyada vulkan püskürdü

BAKI, 8 fevral. TELEQRAF

Rusiyanın Kamçatka yarımadasında yerləşən Şiveluç vulkanında güclü partlayış qeydə alınıb.

Teleqraf xəbər verir ki, vulkan təqribən 12 kilometr hündürlüyə kül püskürüb.

Kamçatka Vulkan Püskürmələrinə Reaksiya Qrupunun məlumatına görə, yaranan kül şleyfi 40 kilometr məsafəyə qədər uzanıb.

Mütəxəssislər təbiət hadisəsi ilə əlaqədar regionun dörd rayonunda kül yağıntısının müşahidə oluna biləcəyi barədə xəbərdarlıq ediblər.

Chosen
45
1
teleqraf.com

2Sources