ain.az, Bakivaxti saytına istinadən bildirir.
Avropa Komissiyası Aİ-nin birləşmələr haqqında Reqlamentinə uyğun olaraq “SOCAR Aliağa Liman İşletmeciliği” A.Ş. (“SOCAR Terminal”) şirkəti üzərində birgə nəzarətin “SOCAR Turkey Enerji” A.Ş. (STEAS) və “Terminal Investment Switzerland Sàrl” (“TISS”) tərəfindən əldə edilməsini təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.TISS İsveçrənin “MSC Mediterranean Shipping Company Holding” SA və ABŞ-ın “BlackRock, Inc.” şirkətlərinin törəmə müəssisəsidir.Bu sövdələşmə əsasən Türkiyənin İzmir şəhərinin Aliağa bölgəsində konteyner terminalları üzrə xidmətlərin göstərilməsini əhatə edir.
Komissiya Avropa İqtisadi Məkanına məhdud təsir göstərdiyini nəzərə alaraq, bildirilmiş sövdələşmənin rəqabət baxımından hər hansı narahatlıq doğurmayacağı qənaətinə gəlib. Bildiriş əsasında təqdim edilən bu əməliyyat birləşmələrin yoxlanılması üzrə sadələşdirilmiş prosedur çərçivəsində araşdırılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.