EN

“Təzəpir məscidini nənəm tikdirib, neft mədənləri olub, amma heç nə qalmayıb” FOTO+ÖZƏL

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Elə bir arzum yoxdur ki, ona çatım. Şükür Allaha, sənətdə uğurlar əldə etmişəm. Bircə arzum budur ki, prezident təqaüdü alım. Çox istəyirəm. Məktub da yazıb göndərmişəm, heç da baxan yoxdur. Bu təqaüdü alsam dolanışığım daha da yaxşı olar. Sənətkarı onsuz da xalq dolandırır. Biz xalqın əlinə baxırıq. Allah onları dolandırır, onlar da bizi”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib.

O daha sonra toyların azaldığını bildirib:

“Şou-biznes ortaya çıxandan onsuz da toylarımız az idi. Görün nə qədər müğənni var, bizə növbə çatır ki? İndi ümumiyyətlə toylar azalıb. Toy yoxdur. Qızları alan var ki, toya da gedək?” deyə o bildirib.

Gövhər Rzayeva bildirib ki, Təzəpir məscidini onun nənəsi tikdirib:

“Biz məşhur Aşurbəylilər nəslindənik. Nabat Aşurbəyovanın nəticəsiyəm. O anamın nənəsidir. Təzəpir məscidini ulu nənəm tikdirib. Mən onun oğlu Hacı Abasqulunun nəticəsiyəm. Çox xeyirxah qadın olub. Nə qədər neft mədənləri olub. Amma bizə heç nə qalmayıb” deyə əməkdar artist bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
moderator.az

2Sources