EN

Rəsul Quliyev “Mozalan”a necə və niyə düşüb? VİDEO KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rəsul Quliyevin ”Mozalan” satirik kinojurnalının hədəfi olduğu kiminsə ağlına gələrdimi? İnanılmaz olsa da, faktdır.

KONKRET.az xəbər verir ki, “Mozalan”ın 1980-ci ildə çəkilmiş 52-ci sayı  “Hava, od, su, torpaq” adlanır.

Süjetlərin biri Bakıda 2 neftayırma zovodu üçün ayrılmış 10 hektar sahədən gedir. Həmin əraziyə daşınan qumbrin ayrılan sahədən artıq ərazini tutur, 80 hektar sahəni əhatə edir.

Kalinin adına tikinti materialları kombinatında istehsalat şöbəsinin baş mühəndisinin müavini Rəsul Quliyev “Mozalan”ın hədəfnə məhz bu mövzu ilə baölı düşüb.

R. Quliyevin neft sahəsi il bağlı fəaliyyətinə dair xatırlatma: o,1965-ci ildə orta məktəbi bitirərək Azərbaycan Neft ve Kimya İnstitutuna daxil olub.

1970-ci ildə institutu neft kimyası və üzvi kimya mühəndisi (texnoloq-mühəndis) ixtisası üzrə bitirir. Həmin ildən Sumqayıt şəhərində kimya kombinatında işçi olaraq ilk əmək fəaliyyətinə başlayır.

1971-ci ilin aprelindən Bakı Neftayırma zavodunda işçi olaraq fəaliyyətini davam etdirir. 1972-ci ildə qurğu rəisi təyin edilir. 1974-cü ildə baş mühəndisin müavini, 1980-ci ildə baş mühəndis, 1981-ci ildə isə direktor vəzifəsinə yüksəlir.

Daha ətraflı videoda:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
4
konkret.az

5Sources