EN

Rusiya ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya və ABŞ strateji hücum silahlarının məhdudlaşdırılması haqqında müqavilənin (START) müddətinin uzadılması ilə bağlı razılığa gələ bilmədilər. Beləliklə, yeni nüvə silahlanma yarışına start verildi. Bu, ümumilikdə dünya üçün pis xəbər olsa da, qısa və orta müddətli perspektivdə Ukrayna üçün müəyyən üstünlüklər yarada bilər.

Axar.az xəbər verir ki, b barədə hərbi-analitik “Defense Ekspress” (DE) portalı yazıb.

Nəşr qeyd edir ki, hazırda Rusiya və ABŞ hər biri təxminən 700 ədəd nüvə silahı daşıyıcısını — qitələrarası ballistik raketləri və strateji aviasiya təyyarələrini döyüş hazırlığı vəziyyətində saxlayır, həmçinin istifadəyə hazır döyüş başlıqlarının sayı bunun təxminən iki qatıdır. Bu cür arsenalın saxlanılması isə olduqca böyük maliyyə vəsaiti tələb edir.

DE ABŞ Konqresinin Büdcə İdarəsinin 2025-ci ilin aprelində verdiyi qiymətləndirmələrə istinad edib. Həmin qiymətləndirmələrə görə, Pentaqon strateji qüvvələrin döyüş hazırlığının saxlanılması üçün ildə təxminən 95 milyard dollar xərcləyir ki, bu da ümumi müdafiə büdcəsinin təxminən 10 faizinə bərabərdir.

Rusiyanın nüvə silahlarına xərclədiyi vəsaitlər məxfi saxlanılır və Rusiya hərbi-sənaye kompleksində istehsalın daha ucuz olması nəzərə alınmaqla, bu xərclərin ABŞ-dakından bir neçə dəfə az olduğu ehtimal edilir. Lakin analitiklərin fikrincə, nüvə silahlarının Rusiyanın ümumi müdafiə xərclərindəki payı, yəqin ki, ABŞ-da olduğu kimi oxşar səviyyədədir.

“Əgər artıq “məhdudlaşdırıcı mexanizm” yoxdursa, nüvə arsenalının artması tamamilə gözlənilən nəticədir və bu, daha böyük xərclərə gətirib çıxaracaq. Kreml nüvə silahlarına daha çox vəsait ayırmağa məcbur qalacaq: daha çox döyüş başlığı istehsal etməli, daha çox qitələrarası və orta mənzilli ballistik raketlər buraxmalı, atom sualtı raket daşıyıcılarını suya endirməli, həmçinin “Burevestnik” və ya “Poseydon» kimi yeni analoqsuz layihələrin hazırlanmasına investisiya qoymalıdır”, – deyə ekspertlər vurğulayıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
axar.az

1Sources