EN

Narkotik təsiri altında olan sürücü saxlanıldı

Xırdalan–Binəqədi yolunda hərəkətdə olan BMW markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün **Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, sənədlərin yoxlanılması zamanı avtomobili idarə edən Elşən Məmmədovun sürücülük hüququnun olmadığı müəyyən edilib.

Bundan əlavə, sürücünün davranışları şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı Elşən Məmmədovun narkotik vasitə qəbul etdiyi təsdiqlənib. Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərə qarşı mübarizənin davam etdiriləcəyini və bu kimi hallara qarşı daha sərt tədbirlərin görüləcəyini bildirib.

Chosen
20
8
unikal.az

10Sources