Vanderbilt Universitetinin alimləri uzunömürlülər arasında aparılan ən böyük tədqiqat zamanı Azheimer xəstəliyinin inkişaf riskinə təsir edən bir cüt gen aşkar ediblər.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri "Alzheimer's & Dementia" jurnalında dərc olunub.
Azheimer xəstəliyinin (AX) yaranması üçün ən böyük genetik risk daşıyan gen variantı APOE-ε4 adlanır. Eyni genin digər variantı olan APOE-ε2-nin isə əksinə, xəstəlikdən qorunma təmin etdiyi güman edilir.
Tədqiqatçılar bu genlərin rastgəlmə tezliyini "super-təqaüdçülər" adlandırılan qrupda – yəni koqnitiv funksiyaları özlərindən 20-30 yaş kiçik insanlarla müqayisə oluna biləcək 80 və daha yuxarı yaşlı şəxslərdə ölçüblər.
Əsas nəticələr:
-
APOE-ε4 (Risk geni): "Super-təqaüdçülər" arasında bu genin mövcudluğu, eyni yaş qrupunda olub Azheimer demensiyasından əziyyət çəkənlərlə müqayisədə 68% daha az müşahidə olunub. Hətta koqnitiv göstəriciləri normal olan həmyaşıdları ilə müqayisədə belə, "super-təqaüdçülərdə" bu risk geninə 19% daha az rast gəlinib.