ABŞ prezidenti Donald Tramp ənənəvi diplomatik yanaşmadan kənara çıxaraq ABŞ Quru Qoşunlarının naziri Deniel Driskollu Ukrayna üzrə danışıqlara, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperi isə Omanda İranla aparılan danışıqlara cəlb edib.
APA xəbər verir ki, bu barədə "Associated Press agentliyi məlumat yayıb.
Agentliyin xatırlatmasına görə, hər iki danışıqlar xətti ABŞ prezidentinin kürəkəni Cared Kuşner və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoffun məsuliyyət zonasına daxildir. Məlumata əsasən, hərbi rəhbərlərin diplomatik prosesə cəlb olunması onların təcrübəsi, bilikləri və mövcud əlaqələri ilə izah oluna bilər.
Qeyd olunur ki, bu addım, eyni zamanda, danışıqların iştirakçılarına ABŞ-ın zərurət yarandığı halda daha sərt üsullara hazır olduğunu göstərmək məqsədi daşıya bilər.