ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
71 yaşlı britaniyalı turist qadın Cənubi Afrika Respublikasında cadugərlik məqsədilə öldürülüb.
Oxu.Az "The Metro" nəşrinə istinadən xəbər verir ki, müstəntiqlər belə ehtimal edirlər.
Onların düşüncələrinə görə, meyitin bədən üzvllərindən ayinlər üçün istifadə olunub.
Qeyd olunub ki, Lorna Maksorli adlı qadın və onun tanışı Leon Probert ötən ilin sentyabında Afrikaya ikihəftəlik səfər ediblər. Cütlük bir gün gəzintiyə çıxıb və yarım saatdan sonra Probert geri qayıtsa da, qadın gəzintisini davam etdirib. baxmağa gedib.
Bir müddət sonra Maksorlinin gəzintidən qayıtmadığını görən Probert onu axtarmağa başlayıb. Axtarışlara yerli fermerlər, könüllülər, itlər, qayıqlar və dronlar da cəlb olunub, lakin britaniyalı qadın tapılmayıb.
Müstəntiqlərin fikrincə, qadın yerlilər arasında istifadə olunan "sehrli dərman"ın hazırlandığı cadugərlik ritualı zamanı öldürülmüş ola bilər. Bu, bitki və təbii maddələrdən hazırlanana, insan bədən üzvlərinin də istifadə olunduğu vasitədir.




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.