EN

"Gəncə"dən qalibiyyət

Azərbaycan Basketbol Liqasında XVI turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki,NTD "Gəncə"nin qonağı olub.

Gəncə Olimpiya İdman Kompleksində gerçəkləşən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 104:85.

"Gəncə" A qrupunda 24 xalla üçüncü, NDT 18 xalla sonuncu altıncı pillədə qərarlaşıb.

Tura fevralın 8-də yekun vurulacaq. Daha əvvəl "Sumqayıt" "Lənkəran"ı (102:77), "Quba" "Sərhədçi"ni (97:89), "Ordu" "Naxçıvan"ı (95:92) məğlub edib.

Chosen
40
sportinfo.az

1Sources