EN

"Tramp sülh yolu ilə həll istəyir"

ABŞ Prezidenti Donald Tramp Tehranla ziddiyyətlərin sülh yolu ilə nizamlanmasında maraqlıdır.

"Ölkə.az" xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi "Fox News" telekanalına müsahibəsində bildirib.

"Düşünürəm ki, o (Tramp - red.), əslində, sülh yolu ilə nəticələnməsini istərdi", - diplomat deyib.

Diplomat ABŞ Silahlı Qüvvələrinin İslam Respublikası ərazisinə zərbələr endirməsi ehtimalı haqqında danışarkən hücumu qaçılmaz adlandırmayıb. "Zərbələrin qaçılmaz olması barədə məndə məlumat yoxdur", - o bildirib.

Qeyd edək ki, İran və ABŞ cümə günü Omanın paytaxtı Maskatda Tehranın nüvə proqramı ətrafındakı böhranın həlli məsələsi üzrə danışıqları bərpa edib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff başçılıq edib. Oman xarici işlər naziri Badr əl-Busaidinin sözlərinə görə, Tehran və Vaşinqton nümayəndə heyətləri Maskatda İranın nüvə proqramı üzrə çox ciddi məsləhətləşmələr aparıblar və dialoqu davam etdirmək niyyətindədirlər.

Chosen
16
8
olke.az

10Sources