Hindistanın şimalındakı Racastan ştatının Kota şəhərində üçmərtəbəli binanın uçması nəticəsində azı iki nəfər həlak olub, daha bir neçə nəfər dağıntılar altında qalıb.
"Report" xəbər verir ki, bu barədə "Press Trust of India" (PTI) agentliyi məlumat yayıb.
Məlumata görə, binada restoran yerləşirdi, hadisə zamanı orada müştərilər və müəssisənin işçiləri olub.
"Hazırda iki nəfərin həlak olması barədə məlumat var, doqquz nəfər xəstəxanaya yerləşdirilib. Onlardan dördü hələ də xəstəxanadadır, təxminən dörd nəfər isə ya özəl xəstəxanaya köçürülüb, ya da evə buraxılıb", - nəşr ştatın Nazirlər Kabinetinin üzvü Madan Dilavarın bu sözlərini sitat gətirib.
ANI-nin dairə administrasiyasının rəhbəri Piyuş Samariyaya istinadən yazdığı ilkin versiyaya görə, hadisə qonşu tikilinin sökülməsi nəticəsində binanın bünövrəsinin zədələnməsi ilə bağlı ola bilər.