EN

ABŞ həmin məsələ ilə bağlı yekun qərarı mayda verəcək

ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması ilə bağlı yekun qərar mayın ortalarında keçiriləcək Ümumdünya Səhiyyə Assambleyasında veriləcək.

"Cebheinfo.az" “Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Qeyd edək ki, Birləşmiş Ştatlar ÜST-dən çıxdığını rəsmən yanvarın 22-də, prezident Donald Trampın təşkilatı tərk etmək niyyəti barədə bildirməsindən bir il sonra elan edib. Bununla belə, ÜST vurğulayıb ki, ABŞ-nin təşkilata olan bütün maliyyə borcları ödənildikdən sonra tam geri çəkilmək mümkün olacaq.

ÜST-ün məlumatına görə, 2024 və 2025-ci illər üçün ödənilməmiş töhfələr təxminən 260,6 milyon dollar təşkil edir.

"Cebheinfo.az"

Chosen
32
1
cebheinfo.az

3Sources