EN

Dünyanın ən sürətli dronu rekordunu yenilədi: Saatda 658 km sürət

Dünyanın ən sürətli dronu rekordunu yenilədi: Saatda 658 km sürət

Cənubi Afrikadan olan mühəndislər — ata və oğul Mayk və Lyuk Bellər hazırladıqları yeni pilotsuz uçan aparat (PUA) ilə dünya sürət rekordunu təzələyərək liderliyi geri qaytarıblar.

AFN.az xəbər verir ki, "Peregreen 4" adlı dördüncü nəsil kvadrokopter sınaqlar zamanı orta hesabla saatda 657,59 km sürət yığaraq avstraliyalı rəqiblərinə məxsus olan əvvəlki 626 km/saatlıq rekordu geridə qoyub.

İki ildən çox davam edən təkmilləşdirmə işlərinin nəticəsi olan bu dronun gövdəsi yüksəksürətli 3D printerdə çap edilib. "Peregreen 4" xüsusi aerodinamik dizaynı, "T-Motor 3120" mühərrikləri və gücləndirilmiş litium-ion batareyaları sayəsində bu ağlasığmaz sürətə nail olub. Ginnesin Dünya Rekordları Kitabının qaydalarına uyğun olaraq, küləyin təsirini neytrallaşdırmaq üçün cihaz əks istiqamətlərdə uçurulub və orta göstərici rəsmi rekord kimi qeydə alınıb.

Qeyd edək ki, bu nəticə ilə "Peregreen 4" yalnız ən sürətli kvadrokopter deyil, həm də dünyanın ən sürətli batareya ilə işləyən idarəolunan uçan aparatı statusunu qazanıb. Bell ailəsi əvvəllər "Peregreen 3" modeli ilə də rekordçu olsalar da, ötən ilin sonunda liderliyi müvəqqəti olaraq itirmişdilər.

Chosen
22
afn.az

1Sources