EN

“Mən avtobusda arxada oturub baxıram, heç nə qoyub getmədiyinə əmin olmaq üçün”

“Barselona”nın hücumçusu Rafinya Dias komanda yoldaşı Qavi barədə maraqlı açıqlama verib.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu, Qavinin tez-tez əşyalarını unutduğunu deyib:

“Qavi həmişə hər şeyi unudur… Pasport, qulaqlıq, çanta… Biz daim dayanıb onun əşyalarını axtarmalı oluruq.

Adətən, komandanın avadanlıq işçiləri dəzgahı yoxlayır və hər zaman əşyalarını tapırlar. Mən isə avtobusda arxada oturub baxıram, heç nə qoyub getmədiyinə əmin olmaq üçün”.

21 yaşlı Qavi hazırda diz əməliyyatından sonra bərpa prosesindədir. O, cari mövsümdə La Liqada 2 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib. Onun meydana qayıdışı fevralın sonu – martın əvvəllərinə gözlənilir.

Chosen
19
sportinfo.az

1Sources