Bakı. Trend:
“Yuventus” türk hücumçu Kenan Yıldızın müqaviləsini 2030-cu iləqədər uzadıb.
Trend xəbər verirki, Turin klubu bu məlumatı rəsmi saytında açıqlayıb.
Əvvəlki mətbuat məlumatlarına görə, hücumçunun maaşı İtaliyaklubunda ən yüksək maaşlardan biri olacaq.
Kenan Yıldız 2022-ci ilin yayında “Bavariya”dan azad agent kimi“Yuventus”un gənclər komandasına qoşulub. Bu mövsüm 20 yaşlı cinahoyunçusu bütün yarışlarda 31 oyunda doqquz qol vurub və səkkizməhsuldar ötürmə edib.
Hazırda “Yuventus” A Seriyasının turnir cədvəlində 45 xalladördüncü yerdədir, liqaya isə 55 xalla “İnter” liderlik edir.