EN

Kriptovalyuta böhranı Tramp ailəsinin bizneslərinə zərbə vurub

Kriptovalyuta böhranı ABŞ prezidenti Donald Trampın ailəsinin bizneslərinə zərbə vurub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Qeyd edilib ki, rəqəmsal aktivlərin kəskin azalması fonunda Trampın oğulları Erik Tramp və Donald Tramp Junior ilə bağlı layihələr zərər görür.

"Bitcoin"in qiyməti 6 fevralda 70.000 dollar olsa da, qısa müddətə 60.000 dollara düşüb. Bu, ötən ilin oktyabr ayında qeydə alınan rekord qiymətdən 45 faiz azalma deməkdir. Analitiklər 29 yanvardan bəri kriptovalyuta bazarından təxminən 470 milyard dollarlıq aktivin yoxa çıxdığını təxmin edirlər.

Baş verənlərdən zərər görən şirkətlərdən biri olan "World Liberty Financial" şirkəti Donald Trampın böyük oğlu ilə yanaşı ABŞ-nin xüsusi elçisi Stiven Uitkoffun oğlu Zak Uitkoff tərəfindən idarə olunur. Donald Trampın özünün də bu şirkətdə payı var.

"World Liberty Financial" gəlirinin 75 faizini özünün $WLFI tokeninin satışından əldə edir. Ötən ilin sonlarında satış təxminən 1 milyard dollar qazandırıb. Tokenin dəyəri ilin əvvəlindən bəri təxminən 31 faiz azalıb.

Zeynəb Rzayeva

Chosen
10
2
bakivaxti.az

3Sources