EN

"Barselona" Super Liqadan getdi

Kataloniyanın "Barselona" futbol klubu Superliqa layihəsini tərk etmək qərarını rəsmən təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə komandanın rəsmi internet resursunda məlumat yayılıb.

Dərc olunmuş bəyanatda bildirilir ki, "Barselona" futbol klubu bu gün "European Super League Company" şirkətini Avropa Superliqası layihəsindən çıxması barədə rəsmən məlumatlandırıb.

Xatırladaq ki, 2021-ci ildə yeni Avropa futbol turnirinin yaradıldığı elan edilmişdi və "Barselona" bu yarışın təsisçisi olan on iki klubdan biri idi.

UEFA bu təşəbbüsü qəti şəkildə pisləyərək, iştirakçı klubların bütün milli, qitə və beynəlxalq yarışlardan kənarlaşdırılacağı ilə bağlı xəbərdarlıq etmişdi.

Chosen
15
publika.az

1Sources