EN

Paşinyan tapşırıq verdi: Bakı ilə sülh, Moskvayla isə...

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Ermənistanın xarici siyasətində əsas istiqamətlər Azərbaycanla sülh prosesinin irəlilədilməsi və Rusiya ilə münasibətlərin inkişafıdır.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin illik hesabatında deyilir.

Baş nazir Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyanın ilin əsas diplomatik nəticələrinə dair məruzəsini dinləyib. Hesabatda Rusiya ilə suverenlik və strateji əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin qorunmasına xüsusi önəm verildiyi vurğulanıb.

Sənəddə regional gündəmin mərkəzində Azərbaycanla sülh prosesinin dayandığı qeyd olunur. Bildirilib ki, 2025-ci ildə tərəflər arasında dayanıqlı sülhün qurulması, sülh sazişinin maddələrinin razılaşdırılması və onun ilkin paraflanmasına hazırlıq əsas prioritet olub.

Eyni zamanda, əldə olunan razılaşmaların icrası, etimad tədbirlərinin gücləndirilməsi və Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi vacib hesab edilir. Hesabatda Türkiyə ilə normallaşma, Gürcüstan və İranla əməkdaşlıq, eləcə də Asiya və Yaxın Şərq istiqamətlərində əlaqələrin genişləndirilməsi də yer alıb. Paşinyan isə xarici siyasət prioritetlərinin ardıcıl və effektiv icrasının vacibliyini xüsusi vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
1
globalinfo.az

2Sources