EN

“Kızılcık Şerbeti”ndə yeni sima - FOTO

"Kızılcık Şerbeti" serialı hekayəsini yeni personajlarla genişləndirməyə davam edir. Layihəyə daxil olan "Rukiye" obrazı süjet xəttində mühüm dəyişikliklərə səbəb olacaq.

Milli.Az xəbər verir ki, seriala daxil olan Rukiye obrazını tanınmış teatr aktrisası Eda Yılmaz Yener canlandıracaq. Aktrisa artıq yeni seriyadan etibarən çəkilişlərə və hekayəyə daxil olub.

Rukiye xarakteri serialdakı tarazlıqları dəyişə biləcək bir mövqedədir. O, Salkım (Özge Borak) obrazının yaxın rəfiqəsidir.

Eyni zamanda, hekayənin gənc simalarından olan Yağızın (Gökberk Yıldırım) anası rolunda çıxış edəcək.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
16
1
milli.az

2Sources