EN

Gürcüstan və ABŞ rəsmiləri Cənubi Qafqaz regionunda əməkdaşlıq imkanlarını müzakirə ediblər

ain.az bildirir, Azertag portalına istinadən.

Tbilisi, 7 fevral, AZƏRTAC

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun direktoru Brendan Hanrahan və Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia 2025-ci il avqustun 8-də Ermənistan və Azərbaycan arasında ABŞ Prezidenti Trampın vasitəçiliyi ilə əldə edilən tarixi sülh sazişindən irəli gələrək Cənubi Qafqaz regionunda əməkdaşlıq imkanlarını müzakirə ediblər.

AZƏRTAC Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü “Independence Avenue Media”nın sualına cavab olaraq bildirib.

Qeyd olunur ki, tərəflər “ABŞ və Gürcüstan üçün qarşılıqlı maraq doğuran məsələlər üzrə konstruktiv müzakirə aparıblar”.

ABŞ-ın Gürcüstandakı sabiq səfiri Uilyam Kortni bildirib ki, ABŞ Ermənistan və Azərbaycan arasında sülh sazişini, o cümlədən TRIPP dəhlizinin inkişafı yolu ilə irəlilətməkdə maraqlıdır.

ABŞ-ın Gürcüstandakı digər sabiq səfiri Kennet Yalovitz isə hesab edir ki, ABŞ administrasiyasının maraqları Prezident Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə edilən sülh sazişinə əsaslanaraq Cənubi Qafqazda iqtisadi imkanları genişləndirməkdir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
azertag.az

1Sources