EN

İcra başçısı ilə ayrılıq xəbəri yayılan tanınmış aparıcı paylaşım etdi - FOTO

Xəbər verdiyimiz ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və AzTV-nin aparıcısı Alidə Mustafayevanın boşanması barədə məlumatlar yayılıb. 

"Yeni Sabah" xəbər verir ki, tanınmış teleaparıcı bununla bağlı sosial şəbəkədə paylaşım edib.

"Media nümayəndələrini məlumatları paylaşmazdan əvvəl rəsmi mənbələrlə yoxlamğa, peşə etikası və məsulliyət prinsiplərinə riayət etməyə çağırıram. Dezinformasiyanın yayılması hüquqi və ictimai məsuliyyət yaradır", - deyə Alidə Mustafayeva yazıb.

Xatırladaq ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov isə məsələ ilə bağlı hər hansı açıqlama yaymayıb, lakin sosial media paylaşımları ilə aparıcı ilə ayrılmadığını əyani nümayiş etdirib.

O, Alidə Mustafayevanın AzTV-də aparıcısı olduğu xəbər proqramından kəsilmiş kadrları öz sosial media səhifəsində yayımlayıb.


Telegram kanalımız
Chosen
16
3
yenisabah.az

4Sources