EN

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb - YENİLƏNİB

Azərbaycanın cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.

Azreform.info xəbər verir ki, buna Balabəy Ağayev (60 kq) nail olub.

27 yaşlı idmançı finalda ukraynalı Dilşot Xalmatova qalib gəlib.

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.

***

Azərbaycanın bir cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində turnirində finala vəsiqə qazanıb.

Azreform.info xəbər verir ki, Balabəy Ağayev (60 kq) buna nail olub.

27 yaşlı idmançı yarımfinalda İsrail təmsilçisi İtshak Aşpizə (İsrail) qalib gəlib.

Bu raundda məğlub olan Ruslan Paşayev (66 kq) üçüncü yer uğrunda görüşə çıxacaq. Nazir Talıbov (66 kq) 1/16 final mərhələsində Migel Qaqoya (Portuqaliya) uduzub.

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.

Chosen
22
11
azreform.info

10Sources