EN

"Mançester Yunayted"də Reşfordun yerinə 100 milyonluq namizəd

"Mançester Yunayted" "Barselona"ya transferi gözlənilən Markus Reşfordun yerini doldurmaq üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, "TEAMtalk"ın yaydığı məlumata görə, "qırmızı şeytanlar"ın əsas hədəfi "Leypsiq"in gənc hücumçusu Yan Diomandedir.

Cari mövsümdə nümayiş etdirdiyi oyunla Avropanın diqqət mərkəzinə düşən fransalı istedad çıxdığı 21 matçda 8 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda Avropanın ən perspektivli hücum meyilli oyunçularından biri hesab olunan 21 yaşlı futbolçu üçün alman klubunun təxminən 100 milyon avro təzminat tələb edəcəyi bildirilir.

Reşfordun İspaniya nəhənginə birdəfəlik transferi reallaşacağı təqdirdə, "Yunayted" rəhbərliyi Diomande üçün rəsmi təklif göndərməyə hazırlaşır.

Kamil Xudiyev

Chosen
73
fanat.az

1Sources