EN

Ceyhun Bayramovdan yüksək vəzifəyə təyinat

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Azərbaycan Xarici İşlər Nazirliyində yüksək vəzifəyə yeni təyinat olub. 

Globalinfo.az bildirir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə xarici işlər naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Məmməd Talıbov XİN-in Avropa İdarəsinin rəisi təyin edilib.

O, artıq yeni vəzifəsinin icrasına başlayıb və bir neçə Avropa ölkəsinin Bakıdakı səfiri ilə görüşüb.

İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyan Məmməd Afiq oğlu Talıbov 2019-cu ildə Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu.

O, 2025-ci il oktyabrın 27-də geri çağırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
13
globalinfo.az

10Sources