Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.
Avropa Birliyi və NATO hər həftə Rusiya ilə birbaşa hərbi münaqişəyə yaxınlaşdıran bəzi təhlükəli addımlar atır. Hər həftə bizi müharibəyə yaxınlaşdıran bir şey baş verir.
Axar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban hakim Fidesz-Macarıstan Vətəndaş Birliyi Partiyasının fəalları ilə keçirilən görüşdə deyib.
Baş nazir NATO Baş katibi Mark Ruttenin Kiyev səfəri zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən vurğulayıb ki, o, Ukraynadakı əsgərlərin NATO və Avropa Birliyi simvollarının olduğu forma geyinməsini istəyir.
Həmçinin baş nazir AB-nin 2030-cu ilə qədər müharibəyə hazırlaşdığını və bu məqsədlə artıq hərbi iqtisadiyyata keçid elan etdiyini vurğulayıb.
Orban bütün bunların fonunda 2026-2030-cu illərin ən riskli dövr olacağını da qeyd edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.