EN

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turniri davam edir.

Apasport.az xəbər verir ki, bu gün Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb.

60 kq çəki dərəcəsində Balabəy Ağayev həlledici görüşə yüksəlib. 27 yaşlı idmançı yarımfinalda İsrail təmsilçisi İtshak Aşpizə qalib gəlib.

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
12
apa.az

10Sources