Azərbaycan I Liqasında XIII tura yekun vurulub.
Offsideplus.az xəbər verir ki, qapanış "Mingəçevir" "Şimal"ın qonağı olub.
Görüş "Mingəçevir"in inamlı qələbəsi ilə başa çatıb - 3:0.
Ramiz Məmmədovun komandası bu qələbə ilə xalını 24-yə yüksəldib.
"Şimal" isə 5 xalla sonuncu - 10-cu yerdədir.
Azərbaycan I Liqa, XIII tura
14:30. "Şimal"- "Mingəçevir" - 0:3
Qollar: Məhəmməd Səfərov, 15, Bahadur Həziyev, 65-pen.; Kennet Kalunqa, 82
Turun digər oyunlarında bu nəticələr qeydə alınıb:
“Cəbrayıl” – MOİK 2:2
“Şəfa” – “Bakı Sportinq” 1:1
“Zaqatala” – “Səbail” 0:1
“Şahdağ Qusar” – “Difai" 4:0