İtaliyanın "Yuventus" klubu futbolçusu Kenan Yıldızın müqaviləsinin müddətinin uzadılması ilə bağlı razılıq əldə edib.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Turin təmsilçisi 20 yaşlı cinah oyunçusunun nümayəndələri ilə anlaşıb.
Yeni sözləşmə 4 illik olacaq. Bu müqavilə onu komandanın ən çox maaş alan oyunçularından birinə çevirəcək.
Qeyd edək ki, Kenan Yıldız 2022-ci ildən "Yuventus"da çıxıış edir. O, cari mövsüm 31 oyunda 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
"Cebheinfo.az"