Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Barselona" Superliqa ilə yollarını ayırdı
"Barselona" klubu Avropa Superliqası layihəsini tərk edib.
QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Kataloniya təmsilçisi bununla bağlı xüsusi açıqlama verib:
"Barselona" klubu bu gün Avropa Superliqası Şirkətinə (European Super League Company) və layihədə iştirak edən digər klublara layihədən rəsmi şəkildə çıxdığı barədə bildiriş göndərib".
Qeyd edək ki, Avropa futbolunda yeni eranın başlanğıcı sayılan Superliqanın yaradılması barədə rəsmi elan 2021-ci ildə verilmişdi. "Barselona" Superliqanın 12 təsisçisindən biri kimi çıxış edirdi.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.