EN

"Barselona" Superliqa ilə yollarını ayırdı

Bakı. Trend:

"Barselona" klubu Avropa Superliqası layihəsini tərk edib.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, bu barədə klub məlumat yayıb.

"Barselona" klubu bu gün Avropa Superliqası Şirkətinə (EuropeanSuper League Company) və layihədə iştirak edən digər klublaralayihədən rəsmi şəkildə çıxdığı barədə bildiriş göndərib", -Kataloniya təmsilçisinin açıqlamasında bildirilib.

Qeyd edək ki, Avropa futbolunda yeni eranın başlanğıcı sayılanSuperliqanın yaradılması barədə rəsmi elan 2021-ci ildə verilmişdi."Barselona" Superliqanın 12 təsisçisindən biri kimi çıxışedirdi.

Məqalədə:
Chosen
13
3
az.trend.az

5Sources