“Əl-Nəsr” klubunun mətbuat xidməti X sosial şəbəkəsində komandanın azarkeşlərinin fotosunu paylaşıb.
Publika.az xəbər verir ki, fanatlar fotoda hücumçu Kriştiano Ronaldonun soyadının və oyun nömrəsinin yazıldığı plakatları yuxarı qaldırıblar. Şəkil Səudiyyə Ərəbistanı Pro Liqasının 21-ci turunda “Əl-İttihad”la oyun zamanı paylaşılıb.
Portuqaliyalı hücumçu həmin matçın iştirak ərizəsinə salınmayıb. Oyunöncəsi mediada “Əl-Nəsr” rəhbərliyinin Ronaldunu matçda iştirak etməyə razı sala bilmədiyi bildirilirdi. Qeyd olunurdu ki, futbolçunun narazılığı Ər-Riyad təmsilçisinin transfer siyasəti və maaşlarla bağlı mövcud borclarla əlaqədardır.