ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Tottenhem"in argentinalı müdafiəçisi Kristian Romero İspaniya nəhəngi "Atletiko Madrid"in əsas transfer hədəfinə çevrilib.
Fanat.Az xəbər verir ki, dünya çempionu olan müdafiəçinin London klubundakı gələcəyi son vaxtlar yaranan zədə problemləri və komandadakı liderlik boşluğu səbəbindən sual altına düşüb.
Dieqo Simeonenin şəxsən istədiyi 27 yaşlı futbolçu üçün Madrid klubunun ciddi maliyyə ayıracağı iddia olunur.
Romero karyerası ərzində "Tottenhem" forması ilə 100-dən çox oyuna çıxaraq müdafiənin əvəzolunmaz simasına çevrilib. Hazırda müqaviləsini yeniləməsinə baxmayaraq, La Liqada oynamaq istəyi bu keçidin reallaşma ehtimalını artırır.
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.