EN

Köhnə cizgi filmlər süni intellektlə canlandı Nostalji vizuallar

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Köhnə Azərbaycan cizgi filmlərinin vizual ruhu müasir süni intellekt imkanları ilə yenidən canlandırılıb. Bu işdə əsas məqsəd klassik animasiyaların nostalji atmosferini qorumaqla, onları yeni vizual dildə təqdim etmək olub. Maraqlı layihəni dizayner Əmir Nazirov həyata keçirib.

Ölkə.Az-ın məlumatına görə, Nano Banana platformasında ardıcıl şəkildə qurulan bir neçə fərqli promptla başlanan prosesin hər mərhələsində obrazların ifadəsi, stil sabitliyi və ümumi atmosfer üzərində xüsusi diqqətlə işlənib. Alınan ilkin nəticələr daha sonra "Photoshop" proqramında manual şəkildə təkmilləşdirilib. Bu mərhələdə rəng balansı, kontrast, üz ifadələrinin təmizlənməsi və vizual harmoniyanın qorunması əsas hədəf kimi seçilib.

Nəticədə yerli tamaşaçıların yaxşı tanıdığı klassik cizgi filmlərinin müasir üslubda hazırlanmış vizualları ortaya çıxıb. Söhbət Azərbaycan animasiyasının sevilən nümunələri olan “Tık-tık xanım”, “Cırtdan”, “Tülkü həccə gedir”, eləcə də 80–90-cı illərin uşaqlıq xatirəsi sayılan “Nu, poqodi” cizgi filmindən gedir.

Qeyd edək ki, bu cür layihələr klassik animasiya irsinin yeni nəsillərə daha fərqli və müasir formada təqdim olunmasına imkan yaradır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
1
olke.az

2Sources