EN

Mbappe ilə PSJ arasında növbəti gərginlik

Hazırda “Real”da çıxış edən hücumçu Kilian Mbappenin vəkilləri ödənilməmiş məzuniyyət bonusları ilə bağlı sabiq klubu PSJ-yə məhkəmə icraçısı göndərib.

Publika.az xəbər verir ki, “L’Equipe”-in məlumatına görə, söhbət 5,9 milyon avro məbləğində borcdan gedir.

Bu addım Paris klubunun məhkəmə tərəfindən əvvəlcədən müəyyən edilmiş kompensasiyanın bir hissəsini ödəməməsindən sonra atılıb. Daha əvvəl çıxarılan qərara əsasən, PSJ Mbappeyə ümumilikdə 60,9 milyon avro ödəməlidir. Bu məbləğin 55 milyon avrosu maaşlar və digər bonusları əhatə edir.

Chosen
20
1
publika.az

4Sources