EN

İran mediasında Zəngəzur dəhlizi ilə bağlı iki ziddiyyətli yazı

İran mediasında bir gündə Zəngəzur dəhlizi ilə bağlı dərc edilmiş iki ziddiyyətli yazı diqqəti çəkib.

Tribuna.az xəbər verir ki, həmin yazılardan biri dəhlizin İran üçün fürsət olduğu qeyd edilsə də, digərində bunun tam əksi qeyd olunub.
“Mehr” Agentliyində çıxış edən iranlı ekspert Məhəmmədmehdi Kərimi Qahi bildirib ki, TRİPP layihəsi İran üçün qızıl tranzit fürsətidir. “Azərbaycan, Ermənistan və ABŞ arasında əldə olunan razılaşma Cənubi Qafqazın tranzit xəritəsini dəyişə və İran mallarının yeni marşrutlarla daşınmasına şərait yarada bilər. Layihə yalnız infrastruktur deyil, həm də bölgədə yeni Şərq–Qərb tranzit oxu yaradır. Ermənistanın Azərbaycanın əsas bölgəsi olan Naxçıvan vasitəsilə İran, Azərbaycan üzərindən isə Rusiya dəmir yollarına qoşulması Tehranın regional tranzit rolunu gücləndirə bilər”.
“Fars News” Agentliyi isə dərc etdiyi məqaləsində isə “Tramp marşrutu (TRIPP dəhlizi) layihəsi bölgənin tranzit və təhlükəsizlik balansını poza bilər” fikirləri yer alıb. “Vaşinqtonun Ermənistan və Azərbaycan arasında sülh üçün həll kimi təqdim etdiyi plan praktikada Ermənistanın suverenliyinə və İranla əlaqələrinə təhlükə yarada bilər”.
Məqalədə daha sonra vurğulanır ki, dəhlizin idarəsinin uzunmüddətli əsasda Amerika şirkətinə verilməsi ABŞ-nin Ermənistan–İran sərhədində təsirini artıra bilər. “Bakı bu dəhlizin Ermənistanın suverenliyindən kənarda və öz nəzarəti altında olmasını istəyir və bu İrəvanın milli suverenliyinə təhdiddir. Layihə Şərq–Qərb tranzit xəttini möhkəmləndirərək İranın bölgədəki rolunu zəiflədə və Ermənistanı böyük aktorların rəqabət meydanına çevirə bilər”.
Məqalənin sonunda isə bildirilir ki, İranla sərhədin zəifləməsi Ermənistanı blokada vəziyyətinə sala bilər. “ABŞ nəzarəti isə İrəvana qarşı təzyiq alətinə çevrilə bilər. İranla əlaqələrin zəifləməsi Ermənistanı Türkiyə və Azərbaycan arasında həssas vəziyyətdə qoya bilər. Ermənistan ABŞ-Rusiya-İran qarşıdurmasının meydanına çevrilə bilər”.
Chosen
14
yenilik.az

1Sources