EN

At ətini mal əti adı ilə satmaq istəyənlər saxlanıldı


Tərtər rayonunda qanunsuz ət kəsimi ilə məşğul olan dəstənin üzvləri saxlanılıb.
Yeniavaz.com
AZƏRTAC-a istinadla xəbər verir ki, polis əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri tədbir zamanı qanunsuz ət kəsimi ilə məşğul olan Tural Cəfərov, Seymur Məmmədov, Seyfəddin Quliyev və Həsən Cəfərli saxlanılıblar.
T.Cəfərova məxsus yarımtikiliyə baxış zamanı çəkisi 146 kiloqram olan qidaya yararsız at əti aşkarlanıb. Saxlanılanlar yararsız at ətini mal əti adı altında Bakı şəhərinə apararaq orada satmaq niyyətində olduqlarını bildiriblər.
Chosen
18
28
yeniavaz.com

10Sources